featured-image-80391

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp həmyerlisi İngiltərə millisinə rəhbərlik edən Tomas Tuhelin müdafiəsinə qalxıb.

Msport.az xəbər verir ki, İngiltərə dünya çempionatının yarımfinalında Argentinaya uduzduqda (1:2) sonra Tuhelin üzərində böyük təzyiq yaranıb:

“Oyundan sonra insanlar həmişə deyir ki, məşqçi olmaq asandır. Sən sadəcə ya hücum taktikası seçirsən, ya da müdafiə. Bu belə işləmir. Futbol çox qəliz sahədir.

Görürəm ki, Argentina ilə oyunda 1 top üstünlüyü saxlamaq üçün atdığı addımlara görə Tuhel tənqid olunur. Ancaq icazə verin sizə bir söz deyim: Əgər o, bunu etməsəydi və komanda irəli atılıb qol buraxsaydı, həmin adamlar deyəcəkdilər ki, “Tuhel niyə oyuna nəzarət edə bilmədi? O, niyə üstünlüyü saxlaya bilmədi?”.

Pley-off-da hansı qərarı verməyinizdən asılı olmayaraq, kimsə sizi tənqid edəcək.

Demirəm ki, hər qərar ideal idi, amma məntiqi anlamaq lazımdır. Bu mərhələdə oyunu idarə etmək heç vaxt asan olmur. Daha bir məsələ var: Argentina yığması, onların inamı, mentaliteti. Bəzən elə hiss olunur ki, belə anlarda onlarla xüsusi bir şey baş verir”.

Bənzər xəbərlər