featured-image-58908

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze II Bundesliqanın son turunun “Köln”lə oyununda Mahir Emrelinin əvəzləndikdən sonra onun qərarına etiraz etməsinə münasibət bildirib.

Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında məsələyə aydınlıq gətirib:

“Emreli və bütün komandanın reaksiyası xoşuma gəldi. Futbolçular məsuliyyəti həqiqətən dərk etdiklərini göstərdilər. Geridə qalan məşq həftəsi də bunu sübut etdi. Həmin oyundan sonra Mahirlə 1 saatdan çox davam edən fantastik söhbətimiz oldu”.

Qeyd edək ki, “Köln” – “Nürnberq” oyunu qonaqların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bənzər xəbərlər