featured-image-56229

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniyanın II Bundesliqasının IX turunda “Qroyter Fyurt”a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.

Msport.az xəbər verir ki, mütəxəssis Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında da danışıb.

O, futbolçuları haqqında xoş ifadələr işlədib: “İlk qol işimizi asanlaşdırdı. Oyunçuların enerjisi, münasibəti məni heyran etdi. Matç ərzində fantastik çıxış etdilər. Biz də belə oyun istəyirdik. Bu, məni çox sevindirdi”.

Almaniyalı baş məşqçi Mahir Emreli və Stefanos Tsimas tandeminin uğurlu alındığını vurğulayıb:

“Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik”.

Qeyd edək ki, Mahir Emreli sözügedən qarşılaşmada komandasının ilk qoluna imza atıb.

Bənzər xəbərlər