Klub prezidenti "Neftçi"nin hücumçusunu təhqir etdi - FOTO
Region Liqasında mübarizə aparan “Füzuli” klubunun prezidenti Bəşir Əliyev “Neftçi”nin hücumçusu Qodsvey Donyoya qarşı irqçilik edib.
Msport.az xəbər verir ki, “ağ-qaralar”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında “Rapid”ə uduzmasından (0:2) sonra klub rəhbəri sosial şəbəkədə paylaşım edib.
O, “Mən “Neftçi”nin uduzmağından çox 11 nömrəli pamazoqbaş qara gədənin 120 dəqiqə heç bir işə yaramadan oynadılması oldu. “Neftçi” “Qarbağ” ola bilmədi. Təəssüf…” yazıb.








