featured-image-34659

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə iştirak edəcək klubların dəyərləri açıqlanıb.

Msport.az “Transfermarkt”a istinadən xəbər verir ki, siyahının ilk pilləsində 14,8 milyon avro ilə “Neftçi” qərarlaşıb. “Qarabağ” (12,9 milyon avro) 2-ci, “Sabah” isə (11 milyon 230 min avro) 3-cüdür.

 

Premyer Liqa klublarında çıxış edən futbolçuların ümumi dəyəri  72 milyon 840 min avrodur.

1. “Neftçi” – 14,8 milyon avro

2. “Qarabağ” – 12,9 milyon

3. “Sabah” – 11,23 milyon

4. “Zirə” – 7,33 milyon

5. “Turan Tovuz” – 6,08 milyon

6. “Sumqayıt” – 5,58 milyon

7. “Qəbələ” – 5,08 milyon

8. “Səbail” – 4,33 milyon

9. “Araz-Naxçıvan” – 3,03 milyon

10. “Kəpəz” – 2,48 milyon

Bənzər xəbərlər