Klublarımızın potensial rəqibləri məlum oldu
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Msport.az xəbər verir ki, “Neftçi” II raundda Kipr “Aris”ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək.
“Neftçi” “Aris”i keçərsə, potensial rəqibləri:
“Tvente” (Niderland)
“Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi,
“Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi
“Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi olacaq.
Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, III raundda səpələnmişlər səbətində yer alacaq.
“Zirə” Makkabi” Tel-Əvivi keçsə, potensial rəqibləri:
“Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi
“Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Vikinqur” (Farer adaları) / “Dunayska Streda” (Slovakiya) cütünün qalibi
“Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi
“Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi.
“Qəbələ” Macarıstanın “Fehervar” səddini adlaya bilsə, potensial rəqiblər:
“Panatinaikos” (Yunanıstan),
“Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi
“Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi
“Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi.
İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Daha əvvəl “Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərində azalma baş verib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv İsveçrə “Sürix”ini üstələyəcəyi halda, səpələnmişlər səbətində yer alacaq və “Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin “Apollon” (Limassol) klubuna rəqib olacaq.
“Qarabağ” “Sürix” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında Çempionlar Yolunda davam etdirəcək. Saat 15:00-da başlanacaq püşkatma zamanı 10 cütün heç biri səbətlərə bölünməyəcək. Yalnız “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütü istisna olmaqla, 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:
“Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya)
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Şkupi” (Şimali Makedoniya)
HİK (Helsinki, Finlandiya) / “Viktoriya” (Plzen, Çexiya)
“Linfild” (Şimali İrlandiya) / “Budyo Qlimt” (Norveç)
“Jalgiris” (Litva) / “Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) / “Şerif” (Moldova)
“Makkabi” (Hayfa, İsrail) / “Olimpiakos” (Yunanıstan)