featured-image-80102

FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina dünya çempionatının 1/8 final mərhələsinin Argentina – Misir oyunundakı (3:2) mübahisəli qərarları şərh edib.

Msport.az xəbər verir ki, misirlilər fransalı referi Fransua Leteksyenin ciddi səhvlərə yol verdiyini iddia edirlər:

“Hər vurulmuş qoldan sonra VAR hücum fazasını yoxlayır. Əgər hücumun başlanğıcında bir qayda pozuntusu aşkar edilərsə, VAR epizodu monitor vasitəsi ilə nəzərdən keçirilməsini tövsiyyə edir. Burda vaxt və ya məsafə ilə bağlı məhdudiyyətlər yoxdur.

Argentina – Misir oyununda misirlilərin 19 nömrəsi Marvan Attia Argentina millisinin 6 nömrəsi Lisandro Martinesin ayağını açq-aşkar tapdaladı. Biz hesab edirik ki. qayda pozuntusu qayda pozuntusudur. Əgər baş hakim bunu meydanda gözdən qaçırıbsa, VAR müdaxilə etməlidir.

Rəqibin ayağını tapdalamaq qayda pozuntusudur. Lakin müdafiəçi əvvəl topa müdaxilə edir, sonra adi kontakt olursa – bu qayda pozuntusu sayılmır. Buna misal olaraq oyunun sonlarına yaxın baş verən epizodu göstərmək olar.

Həm meydandakı hakim, həm də VAR Misir millisinin 10 nömrəli futbolçusu Muhammed Salahla Argentina yığmasının 9 nömrəli oyunçusu Xulian Alvares arasındakı təması adi futbol kontaktı kimi qiymətləndirib”.

Bənzər xəbərlər