Koloskov yenə “Qarabağ”a paxıllıq etdi - “Orda heç azərbaycanlı yoxdur ki”
Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov “Ferentsvaroş”un Çempionlar Liqasından kənarda qalması barədə danışıb. Msport.az “championat.com”a istinadən xəbər verir ki, təcrübəli futbol funksioneri Stanislav Çerçesova görə məyus olduğunu deyib:
“İlk oyundan sonra bilinirdi ki, “Ferentsvaroş”a evdə asan olmayacaq. “Qarabağ”ı Moskva ‘Dinamo”su ilə oyundan xatırlayıram. Həmin vaxt komanda məndə müsbət təəssüratlar yaratmışdı. Hə, komanda Azərbaycanındır, amma orda heç azərbaycanlı yoxdur ki. Bütün aparıcı mövqelərdə yaxşı motivasiya olunmuş və təcrübəli əcnəbi futbolçular oynayır.
“Ferentsvaroş” da təcrübəli komandadır. Ancaq oyunun gedişində hiss olunurdu ki, taktika ilə bağlı problemləri var. Çox təəssüf edirəm ki, “Ferentsvaroş” Çempionlar Liqasında mübarizəni dayandırdı. Çerçesovun karyerasına görə bir qədər həyəcanlanırdım və yenə də ona görə narahatam. Komandanın Çempionlar Liqasında mübarizəni dayndırmasına görə təəssüflənirəm”.