featured-image-9653

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer nəticəyə görə özlərini günahlandırmalı olduqlarını deyib.

Msport.az “krone.at”a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis “Neftçi” ilə Bakıdakı oyunla (1:2) bağlı belə deyib:

“Biz həqiqətən qol vurmağa layiq idik. Son 10-15 dəqiqə ərzində çoxlu qol vəziyyətləri yaratdıq və şükürlər olsun ki, özümüzü bu cür mükafatlandıra bildik.

Bütün oyuna baxsaq,  məğlubiyyətə layiq idik və bunda özümüzü günahlandırmalıyıq. Beynəlxalq arenadakı matçlarda bu cür müdafiə olunmaq kifayət etmir. İndi növbə bizimdir. Biz sağıq. Komanda özünə çox qəzəblidir, həmçinin biz. Onlar daha yaxşısını edə biləcəklərinə əmindirlər. İstənilən halda biz cavab oyununda qalib gəlməliyik, özü də 2 top fərqlə”.

Bənzər xəbərlər