featured-image-1993

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Msport.az xəbər verir ki, heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina olan komanda 5 halqa ilə hərəkətlərdə 32.850 xal toplayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan komandası ötən gün çoxnövçülükdə ikinci yeri tutub.

Bənzər xəbərlər