"Komandamız heç vaxt təslim olmayan döyüşçülərdən ibarətdir" - "Viktoriya"nın baş məşqçisi
“Viktoriya Plzen”in baş məşqçisi Mixal Bilek “Qarabağ”la Çempionlar Liqasının pley-off oyunundan (2:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis böyük sevinc içində olduqlarını deyib.
- Göz yaşlarınızı saxlayırsınız, yoxsa hədsiz eyforiyadan həzz alırsınız?
- Mən çox xoşbəxtəm. Biz təsnifat mərhələsinin oyunlarını əla keçirdik. Altı oyundan beşini qələbə ilə başa vurduq, birində heç-heçə etdik. Bugünkü görüş heç də asan keçmədi. Təəssüf ki, matçın əvvəlində qol imkanını əldən verdik, sonra isə öz qapımızdan top buraxdıq. Komanda ruhdan düşmədi, bunu çox yüksək qiymətləndirirəm. Bu, böyük uğurdur. Biz istədiyimizə nail olduq. Plzendə Çempionlar Liqası olacaq, bu böyük uğurdur.
- Bir il əvvəl Plzenə gələndə bunu fikirləşirdiz?
- Qətiyyən Mən gələndə “Sparta”ya uduzduq. Sonra “Pardubitse”yə 3 qol vurdular. İki il əvvəlki mövsümün sonlarına yaxın biz yavaş-yavaş ayağa qalxdıq. Ötən çempionat isə əla keçdi. Biz Çempionlar Liqasının həyəcanını yaşayacağıq. Bu, bizi xoşbəxt edir. Bu komanda heç vaxt təslim olmayan döyüşçülərdən ibarətdir. Onları çalışdırdığım üçün fəxr edirəm. Çempionlar Liqasında oynamaq bizim haqqımızdır.
- Final fitindən sonra nə haqda düşünürdünüz?
- Bir az gərgin idim. Gözəl an idi. Titul qazananda böyük nailiyyət olur. Çempionlar Liqasının qrupuna düşmək də buna bərabərdir. Bu, ürəyi isidir, əla hisslərdir. Fanatlar möhtəşəm ab-hava yaratmışdılar və onların qarşısında oynamaq xoş idi. Uzun-uzadı bayram etməyə vaxt yoxdur. Şənbə günü bizi daha bir çətin oyun gözləyir. Mən əvvəl də demişdim, biz yerli liqaya da avrokuboklar kimi ciddi yanaşırıq.
- Niyə fasilədə Yan Sikoranı əvəzlədiz?
- Biz iki hücumçu ilə oynamağa başladıq. Mən istəyirdim ki, Xorasın yanında daha bir forvard olsun. Kliment hərəkəti hesabına bizim oyunu irəli aparırdı. Həm də Sikora lazımsız yerə sarı vərəqə aldı. Ona görə bu addımı atdıq. Kliment lazım olan yerlərdə olurdu və sonda qərarını verdi. Meydana nəyə görə çıxdığını bu cür göstərmiş oldu. Təəssüf ki, sonda zədələndi və əzələsində çat hiss edib, müayinədən sonra biləcəyik.