featured-image-29090

“Neftçi” Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda “Qarabağ”a 2:4 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

– Bir neçə gün əvvəl biz xoşbəxt idik. Bu gün gündə neqativlik var, çünki uduzmuşuq. Qapımızdan iki asan qol buraxdıq. Bizim səviyyədə olan komandanın belə qollar buraxması düzgün deyil. Kifayət qədər təcrübəli və səviyyəli oyunçularımız var müdafiədə. Oyunçumuz qırmızı vərəqə aldı. Düşünürəm ki, bu haqda danışmalıyıq. Bundan sonra çalışdıq ki, müdafiə olunub, əks-hücumlardan yararlanaq. Saldanya qol vurdu və oyunda geridönüş edə bildik. Üçüncü qol da asan idi. “Qarabağ”ın daha təhlükəli epizodlarının qarşısını ala bildik. Eyni zamanda asan qollar buraxdıq. Amma yenə qol vurduq. Bundan sonra artıq yetərli gücümüz qalmadı ki, geridönüş edib üçüncü qolu vuraq. Dördüncü qola gəldikdə, şərh etmək istəmirəm. Çünki fərdi bacarıqları olan futbolçular gözəl qol vurdu. Bugünkü oyunun taleyi belə idi.

– Bürünc medalçı olacağınız rəsmiləşdi. Gümüş isə əlçatmaz oldu. Bu nəticə sizi nə qədər razı saldı?

– Qarşıdan gələn perioda daha pozitiv yanaşmalı və daha yaxşı oynamalı, səhvlərimizə nəzər yetirməliyik. Kuboku qazanmalıyıq. Hazırda bu vəziyyətdəyik. Əgər bir az daha konsentrasiyalı olsaydıq, ilk qolu qapımızda görməzdik. Çünki bütün müdafiə eyni xətdədir və Höccət Haqverdi xəttin arxasınca getmirdi, pozurdu onu. Bu səhvləri kənara qoysaq, daha yaxşı ola bilərik. 10 nəfərlə 11 nəfər qarşı oynamaq asan deyil. Üçüncü yer haqda danışmaq istəmirəm. Mövsümü bitirib ümumi təhlil etməliyik. Mənim üçün şəxsən kifayət etmir, daha çoxunu istəyirəm.

– “Qarabağ”a dörd oyunda da qalib gələ bilmədiz. Nə çatmadı?

– Bu, böyük söhbətdir. Növbəti mövsümə qədər hər şeyi çox yaxşı təhlil etməliyik. Bir ay vaxtımız var. Kubokun finalına yaxşı hazırlaşmaq üçün əzmkar şəkildə işləməliyik.

– Dediz ki, asan qollar buraxdınız. Avrokuboklarda iştirak edəcəksiz. Bu hal sizi düşündürür?

– Hazırda sizinlə bu məsələdə həmsöhbət ola bilmirəm. Hələ qarşıda bir ayımız var, əzmkar çalışmalıyıq. Hər birimiz “Qəbələ” ilə final oyununa yaxşı hazırlaşmalıyıq. Bu mərhələ daha vacibdir. Qarşıdan gələn mərhələ haqda danışa bilmərəm.

– 10 nəfərlə daha yaxşı oynadız. Rəqibdə də belə itki olsaydı, necə alınardı?

– Deyə bilmərəm. Sözsüz ki, eyni vəziyyət yaranardı. Amma rəqib azlıqda qalsaydı, uda bilərdik, ya yox deyə bilmərəm. (Sportal)

Bənzər xəbərlər