featured-image-60566

Komandanın qarşıya qoyulan məqsədə çatması vacib idi.

Msport.az-ın məlumatına görə, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov komandanın Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı danışarkən deyib.

Mütəxəssis ötən gün U-19-un San Marinodan olan həmyaşıdları ilə heç-heçə (2:2) etməsi barədə fikirlərini bölüşüb:

“Daha əvvəl Kosovo ilə qarşılaşdıq və 4:1 hesablı qələbə qazandıq. Ardıcıl iki gündə ikinci oyunumuza çıxdıq. Uşaqlarda həm yorğunluq, həm də birinci matçların nəticəsinə uyğun olaraq arxayınlıq yarandı. Ona görə də görüş çətin keçdi. Daha doğrusu, bunu özümüz çətinləşdirdik. Vacib olan komandanın qarşıya qoyulan məqsədə çatmasıdır. Bu münasibətlə həm komandamızın üzvlərini, həm də futzal ailəsini təbrik edirəm. Artıq martda keçirəcəyimiz əsas mərhələnin oyunlarına hazırlaşmalıyıq”.

Qeyd edək ki, əsas mərhələnin görüşləri 25-30 mart aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaq.

Bənzər xəbərlər