Konfrans Liqası: "Neftçi" "Beşiktaş"la qarşılaşa bilər - YENİLƏNİR
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Ölkəmizin bu yarışdakı təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri müəyyənləşəcək.
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
“Sabah” II raund səddini keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), MOİK (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.
“Neftçi”nin III raunddakı potensial rəqibləri PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütləri və “Alkmaar”dır (Niderland).
“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasında III raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək.







