Konfrans Liqası: Klublarımızın potensial rəqibləri bəlli olur
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.
Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçilərinin də bu raunddakı potensial rəqibləri müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
“Neftçi” 2-ci təsnifat mərhələsində Kipr “Aris”ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda “ağ-qaralar” aşağıdakı komandalarla qarşılaşa bilər:
Tvente (Niderland)
Molde (Norveç) – Elfsborq (İsveç) cütünün qalibi
Rapid (Vyana, Avstriya) – Lexiya (Qdansk, Polşa) cütünün qalibi
Hapoel (Beer-Şeva, İsrail) – Dinamo (Minsk, Belarus) cütünün qalibi
Levski (Sofiya, Bolqarıstan) – PAOK (Yunanıstan) cütünün qalibi
Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, 3-cü raundda səpələnmişlər səbətində yer alacaq. “Zirə” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, aşağıdakı cütlərdən birinin qalibi ilə üz-üzə gələcək:
Rujomberok (Slovakiya) – Riqa (Latviya) cütünün qalibi
Kızıl Jar (Qazaxıstan) – Osiyek (Xorvatiya) cütünün qalibi
Vikinqur (Farer adaları) – Dunayska Streda (Slovakiya) cütünün qalibi
Qzira Yunayted (Malta) – Radniçki” (Serbiya) cütünün qalibi
Qomel (Belarus) – Aris (Yunanıstan) cütünün qalibi
“Qəbələ” isə Macarıstanın “Fehervar” komandasını keçsə, 3-cü raundda bu potensial rəqiblərdən biri ilə qarşılaşmalı olacaq:
Panatinaikos (Yunanıstan)
Sepsi (Rumıniya) – Olimpiya (Lyublyana, Sloveniya) cütünün qalibi
Vlajniya (Albaniya) – Universitatya (Krayova, Rumıniya) cütünün qalibi
Koper (Sloveniya) – Vaduts (Lixtenşteyn) cütünün qalibi
Petrokub (Moldova) – Laçi (Albaniya) cütünün qalibi
3-cü təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də keçiriləcək.