Kris Smollinqin yeni klubu bilindi
İngiltərə millisinin sabiq üzvü Kris Smollinqin yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, 36 yaşlı müdafiəçini Portuqaliyanın “Portu” klubu heyətinə cəlb edib.
Anlaşmanın müddəti mövsümün sonuna kimidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq Səudiyyə Ərəbistanıda “Əl Feyha”da çıxış edən Smollinq bundan əvvəl “Fulhem”, “Mançester Yunayted”, “Roma” kimi komandalarda forma geyinib.







