featured-image-77404

İngiltərə Kubokunun 2025/2026-cı illər mövsümünün növbəti finalçısı müəyyənləşib.

Msport.az xəbər verir ki, evdə “Lids”i 1 qolla məğlub edən “Çelsi” finala vəsiqə qazanıb.

Matçın yeganə qolunu 23-cü dəqiqədə Enzo Fernandes vurub. Beləliklə, həlledici matçda “Mançester Siti” və “Çelsi” üz-üzə gələcək.

Qeyd edək ki, turnirin həlledici qarşılaşması mayın 16-da “Uembli” stadionunda keçiriləcək.

Bənzər xəbərlər