featured-image-2382

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Msport.az xəbər verir ki, əvvəlcə “Qarabağ” – “Qəbələ” oyunu baş tutub. Ağdam klubu səfərdəki ilk matçda Qəbələ təmsilçisini 3:1 hesabı ilə məğlub etmişdi. “Köhlən atlar” cavab görüşündə də 5 cavabsız qola seviniblər və ilk finalçı olublar.

Yarımfinalın daha maraqla gözlənilən oyununda “Neftçi” “Zirə” ilə qarşılaşıb. İlk görüşdə qapılara qol vurulmaması bu matça marağı daha da artırırdı. Premyer Liqada da oyunları daim gərgin mübarizə şəraitində keçən bu komandalar cavab matçının əsas vaxtında qapıya yol tapa bilməyiblər. Əlavə vaxtda da hesab açılmadığından penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Zirə” finala yüksələn tərəf olub.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları

29 aprel

Qarabağ – Qəbələ 5:0
Qol: R.Şeydayev, 5; 58. K.Borges, 13-pen; 17. L.Andrade, 37.
İlk oyun 3:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”, 17:30.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 15. Leandro Andrade, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 6. Patrik Andrade, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 28. Murad Musayev (k), 27. Məqsəd İsayev, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 34. Ürfan Abbasov, 44. Salman Ələsgərov, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Neftçi – Zirə 0:0 (penaltilər 2:4)
İlk oyun – 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”, 20:30.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 7. Azər Əliyev, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.

Zirə: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 91. Coşqun Diniyev, 9. Loris Broqno, 92. Brayan Alseus, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Bənzər xəbərlər