featured-image-74984

“Əl-Hilal” müdafiəçisi Xalidu Kulibalinin müqaviləsinin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Seneqal millisinin üzvü ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, “Əl-Hilal” Xalidu Kulibalini 2023-cü ilin yayında “Çelsi”dən transfer edib. 34 yaşlı mərkəz müdafiəçisi bu mövsüm 17 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

Bənzər xəbərlər