featured-image-80548

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Sabah”a 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra “KuPS”un baş məşqçisi Miika Nuutinen fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, baş məşqçi oyunun çətin keçdiyini bildirib:

“Rəqibi təbrik edirəm, yaxşı oyun keçirdi. Müdafiə olunmağa məcbur idik. Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Rəqib çox hücum etdi. Amma hələ də şanslarımız qalır. Bir həftə sonra ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq ki, növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə apara bilək. “Sabah” çoxlu qol epizodu yaratdı. Amma bizim üçün əsas məsələ növbəti mərhələyə yüksəlmək şansını qorumağımızdır”.

O, komandasının vaxt uzatması ilə bağlı iddiaları qəbul etməyib: “Bununla razı deyiləm. Əlbəttə, 0:1 hesabı bizim üçün pis deyil, amma vaxt uzatmamışıq. İlk oyunu analiz etməliyik. Heyətimizdə yaxşı nəticə uğrunda mübarizə apara biləcək keyfiyyətli futbolçular var”.

Bənzər xəbərlər