featured-image-80007

Belçika millisinin qapıçısı Tibo Kurtua dünya çempionatlarında ən çox oyuna çıxan qapıçıların siyahısında ilk “üçlüy”ə yüksəlib.

Msport.az xəbər verir ki, 34 yaşlı qolkiper buna DÇ-2026-nın 1/8 final mərhələsində ABŞ yığması ilə matçda iştirak etməklə nail olub.

Bu, təcrübəli oyunçunun mundiallarda 20-ci qarşılaşmasıdır. Kurtua fransalı həmkarı Uqo Lyorislə birlikdə 2-3-cü yerləri bölüşdürür.

Mütləq rekord isə almaniyalı Manuel Noyerə (23) məxsusdur. Uruqvaylı Fernando Muslera (19) dördüncü, braziliyalı Klaudio Taffarel və almaniyalı Zepp Mayer (hər ikisi 18) növbəti sıralarda qərarlaşıblar.

Qeyd edək ki, Belçika 1/8 finalda ABŞ-ni 4:1 hesabı ilə üstələyib. DÇ-2026 iyulun 19-da başa çatacaq.

Bənzər xəbərlər