featured-image-12214

“Yuventus”un əfsanəsi Alessandro Del Pyero milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviçanın “Napoli”dəki oyunundan danışıb.

Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki,  İtaliya millisinin sabiq üzvü gürcüstanlı futbolçunun A seriyasındakı çıxışını yüksək qiymətləndirib:

“Napoli” Kulibali və İnsinye getdikdən sonra zəifləyibmi? Yox, əksinə. Hesab edirəm ki, “Napoli” daha güclü olub. Spalletinin işini çox yüksək qiymətləndirirəm. O, işinə çox ciddi yanaşır.

Kvaratsxeliya gözlənilməzdir. Onun istedadı var. Bu oğlan Avropada oynamaq üçün yaranıb.

Çempionlar Liqasının favoriti kim olacaq? “Mançester Siti”, PSJ, “Bayern Münhen”, “Real”, “Liverpul” və “Çelsi”.

Bənzər xəbərlər