Kvaratsxeliya və Dembele müqaviləsini yeniləyir
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya klubla müqaviləsinin müddətini 2031-ci ilə qədər uzatmaq üçün danışıqlar aparır.
Msport.az xəbər verir ki, hücumçu Usman Dembele də PSJ ilə müqaviləsini 2030-cu ilə qədər uzatmağa yaxındır.
Fransa klubu 21 yaşlı hücumçu Dezire Due ilə də danışıqlar aparıb. Lakin hazırda bu müzakirələr qeyri-rəsmi xarakter daşıyır.
Kvaratsxeliyanın hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. Dembelenin PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər, Duenin müqaviləsi isə 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.







