featured-image-7265

Gürcüstanın tanınmış jurnalistlərindən biri, “Adjarasport” saytının əməkdaşı Saba Sabanadze Solomon Kverkveliyanın “Neftçi”yə keçidini dəyərləndirib.

Msport.az xəbər verir ki, o, Gürcüstan millisinin üzvünün Azərbaycan Premyer Liqasında ən güclü müdafiəçilərdən biri olacağını deyib:

“Bilirik ki, “Neftçi” Kverkveliya ilə artıq razılıq əldə edib. Görünür, bu anlaşma klubun yeni mövsüm üçün hədəflərinə əsaslanıb. O, fiziki baxımdan çox güclü müdafiəçidir. Rusiyada öz mövqeyində uzun illər ən yaxşılardan biri kimi seçilib. Solomon Vedran Çorluka, Rakitski kimi böyük müdafiəçilərlə eyni mövqedə eyni vaxtda Rusiyada oynayıb. Bəlli məsələdir ki, son dövrlərdə müəyyən fasilələr verməli oldu. Ancaq son aylarda gərgin məşqlər keçərək formasını bərpa edib. Hədəfi yenidən yüksək səviyyədə oynamaqdır. Uzun ayaqlarına rəğmən çox sürətli oyunçudur. Fərdi mübarizələrdə çox güclüdür. Məncə, Azərbaycanda ən güclü müdafiəçilərdən biri olacaq”. (CBC Sport)

Bənzər xəbərlər