featured-image-7366

“Neftçi”nin yeni transferi Solomon Kvirkveliya karyerasını Rumıniyada davam etdirə bilərmiş.

Msport.az xəbər verir ki, bu barədə Rumıniyanın GSP agentliyi məlumat yayıb.

Agentliyin iddiasına görə, gürcü futbolçunu Rumıniyanın FCSB klubu (keçmiş “Styaua”) klubu transfer etmək istəyirmiş. Amma “ağ-qaralar”ın yeni baş məşçqisi Laurentsiu Regekampf onlardan cəld tərpənib və Gürcüstan yığmasının üzvünü “Neftçi”yə transfer edib.

Qeyd edək ki, Kvirkveliya paytaxt klubu ilə 2 illik müqaviləyə imza atıb.

Bənzər xəbərlər