"Kvirkveliyanın ucuz futbolçu olduğunu düşünmürəm" - Laurentsiu Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf komandanın yeni transferi Solomon Kvirkveliya haqqında müabət fikirlər səsləndirib. Msport.az “Digisport”a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis FCSB-nin (əvvəlki “Styaua”) gürcüstanlı futbolçunu transfer etmək istəməsindən xəbərsiz olduğunu deyib:
“Solomon hazırda bizimlə birgə təlim-məşq toplanışındadır. O, çox yaxşı futbolçudur. “Styaua”nın və ya Rumıniyanın hansısa klubunun onunla maraqlanmasından xəbərsiz idim. Kvirkveliyanın ucuz futbolçu olduğunu düşünmürəm. Transferin neçəyə başa gəldiyini bilmirəm. Bu, mənim işim deyil”.
47 yaşlı mütəxəssis gürcüstanlı müdafiəçinin komandası üçün faydalı olacağına inandığını bildirib: “1 metr 96 santimetr boya malikdir. Ən əsası, onun beynəlxalq təcübəsi var. Kvirkveliyanının oyununu Gürcüstan millisinin Bolqarıstan və Şimali Makedoniyaya qarşı keçirdiyi matçlarda gördüm və çox bəyəndim. Onun beynəlxalq təcrübəsi kifayət qədər çoxdur və bu, vacib amildir”.