featured-image-75434

İspaniya La Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

Ayın ən yaxşısı “Betis”in baş məşqçisi Manuel Pelleqrini olub. O, mükafat uğrunda yarışda “Real”dan Alvaro Arbeloa və “Xetafe”dən Xose Bordalası qabaqlayıb.

“Betis” fevral ayı ərzində 4 oyun keçirib, 3 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. Hazırda komanda La Liqada 42 xalla 5-ci yerdədir .

Bənzər xəbərlər