Levandovski La Liqada 3 turu buraxacaq
“Barselona”nın hücumçusu Robert Levandovski zədə səbəbindən La Liqada mövsümün başlanğıcında “Mayorka”, “Levante” və “Rayo Valyekano”ya qarşı matçları buraxacaq.
Msport.az xəbər verir ki, 36 yaşlı hücumçunun sağalması bir neçə həftə çəkə bilər.
Bu da o deməkdir ki, ön xətt oyunçusu yalnız sentyabrda, beynəlxalq fasilədən sonra meydana qayıdacaq. Daha əvvəl hücumçunun sol budunun arxa səthində yaranan narahatlıq səbəbindən “Joan Qamper” kubokunda “Komo”ya qarşı oynamayacağı açıqlanmışdı.
Qeyd edək ki, “Barselona” La Liqada 2025-26 mövsümünün ilk oyununda “Malyorka” ilə qarşılaşacaq.