featured-image-7681

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində səfərdə “Lex”ə 0:1 hesabı ilə məğlub oldu. İndi hər kəsi düşündürən sual Ağdam klubunun növbəti mərhələyə keçib-keçməyəcəyidir. Maraqlıdır, Poznan təmsilçisi 1:0 qalib gəldiyi matçların revanşını necə oynayır?

Msport.az xəbər verir ki, Polşa klubu indiyədək avrokuboklarda evdə 7 dəfə 1:0 hesabı ilə qələbə qazanıb. “Lex” bu duellərin yalnız dördündə növbəti mərhələyə yüksələ bilib.

İlk belə hadisə 1988-1989-cu illər mövsümündə Kuboklar Kubokunda olub. “Lex” I təsnifat mərhələsində Albaniyanın “Flamuntari” komandasını doğma divarlar arasında minimal hesabla məğlub etdikdən sonra səfərdə də rəqibini 3:2 yenmişdi. Qeyd edək ki, Polşa klubu növbəti mərhələdə “Barselona” ilə hər iki oyunda 1:1 hesabı ilə heç-heçə etmiş, yalnız oyunsonrası penalti zərbələri ilə Kataloniya klubuna uduzmuşdu.

1988-1989. Kuboklar Kuboku, I mərhələ. 

“Lex” – “Flamuntari” (Albaniya) 1:0, 3:2

1990. İntertoto Kuboku, 3-cü qrup. 

“Lex” – “Makkabi” (Hayfa, İsrail) 1:0, 2:4.

2009-2010. UEFA Avropa Liqası, Pley-off. 

“Lex” – “Brügge” (Belçika) 1:0, 0:1. Penaltilərdə (3:4).

2010-2011. UEFA Avropa Liqası, 1\16 final mərhələsi. 

“Lex” – “Braqa” (Portuqaliya) 1:0, 0:2.

2012-2013. UEFA Avropa Liqası, II təsnifat mərhələsi. 

“Lex” – “Xəzər Lənkəran” (Azərbaycan) 1:0, 1:1

2012-2013. UEFA Avropa Liqası, III təsnifat mərhələsi. 

“Lex” – AİK (İsveç) 1:0, 0:3

2015-2016. Çempionlar Liqası, II təsnifat mərhələsi. 

“Lex” – “Sarayevo” (Bosniya və Herseqovina) 1:0, 2:0.

 

 

 

Bənzər xəbərlər