featured-image-7222

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Lex Poznan” Ağdam klubu haqqında yazı hazırlayıb. Msport.az xəbər verir ki, Polşa təmsilçisinin rəsmi saytında dərc olunan yazı “Azərbaycanlılarla dörd Poznan döyüşü” adlanır. Həmin yazını təqdim edirik:

“Artıq çərşənbə axşamı “Lex Poznan”ın 2022-2023-cü illər mövsümündəki ilk çıxışı ilə bağlı emosiyalar yaranacaq. Saat 20:00-da (Bakı vaxtı ilə 22:00) “Koleyroj” (klubun ləqəbi) “Qarabağ”la üz-üzə gələcək. Bu, Azərbaycan təmsilçiləri ilə Bolqarsko küçəsindəki stadionda 5-ci oyun olacaq. Meydan sahiblərinin bu duellərdə böyük üstünlüyü var.

“Lex” Qafqazdan olan bu ölkənin təmsilçiləri ilk dəfə unudulmuş İntertoto kubokunda qarşılaşıb. 2005-ci ildə bu yarışın I mərhələsində onların rəqibi “Karvan” olmuşdu. Səfır oyunundakı qələbədən sonra cavab matçı demək olar ki, formallığa çevrilmişdi. Poznanlılar Martin Vaxoviç və Mateya Şerfxenin qolları ilə 2:0 hesabı ilə qələbə qazanmışdılar. Bu qalibiyyətdən sonra növbəti mərhələyə yüksələn “Lex” Fransa “Lans”ına uduzdu. İki maraqlı fakt:  Həmin vaxt Poznan klubunun maddi vəziyyəti o dərəcədə pis idi ki, futbolçular tətil edib Bakı səfərinə yollanmaya bilərdilər. İkinci fakt: Seneqallı müdafiəçi Pape Samba Ba “Karvan”la matçlardan sonra Poznana gəlib çıxmışdı.

2008-ci ildə Fnaçişek Şmudanın rəhbərliyi altında olan “Lex” UEFA kubokunda “Xəzər Lənkəran”la qarşılaşmalı oldu. Büdcəsi 25 milyin avro olduğu deyilən və “Qafqaz Çelsi”si adlandırılan komandaya rəqib olmaq “Lex”i bir qədər qorxutmuşdu. Öz meydanında 1:0 önə keçən “Lex” fasilə ərəfəsində qapısında qol görəndə müəyyən qorxu hissi yarandı. Bartoş Bosatski ilə Kşiştof Kotorovskinin anlaşmazlığı hesabın bərabərləşməsinə gətirib çıxardı (qolu Zaur Ramazanov vurub – red). Fasilədən sonra Muravski, İnyats və Petr Reyss fərqlənərək hesabı 4:1 etdilər. Bu avrokuboklardakı gözəl mübarizənin başlanğıcı idi. Yalnız yazda İtaliya “Udineze”si ilə görüşlərdən (2:2, 1:2) başa çatdı.

İki il sonra Çempionlar Liqasının I təsnifat mərhələsində ilk sınaq Bakı “İnter”i oldu. Azərbaycan paytaxtında 1:0  qalib gəlsək də, evdə 0:1 uduzduq. Oyunsonrası penalti zərbələrinin qəhrəmanı Kotorovski oldu. “Lex”in qapıçısı əvvəlcə penaltini dəqiq yerinə yetirdi, daha sonra isə azərbaycanlı həmkarının zərbəsini dəf etdi və komandasına 9:8 hesablı qələbə qazandırdı. Oyundan sonra baş məşqçi Yatsek Zelinski dedi ki, yalnız bir şeyə əminəm, bu oyundan sonra 10 il ömrümdən itirdim.  O, “pis oynadınız” deyən mətbuat nümayəndələrinə “azarkeşlərin dəhşətli bir triller izlədiklərini bilirəm, amma istədiyimiz bu deyildi” cavabını verdi. Amma bu yenə də Avropada yaxşı çıxış etmək üçün çətin başlanğıc idi. Həmin mövsüm “Yuventus”u keçdik, “Mançester Siti” üzərində isə qələbə qazandıq.

Və nəhayət, 10 il öncə Çinlə sərhədin yaxınlığında yerləşən Taldıkurqan şəhərinin “Jetısu” komandası ilə oyundan sonra Qazaxıstandan Azərbaycana uçmalı olduq. “Xəzər Lənkəran”la qarşılaşmaq üçün. Bu dəfə komandalar Bakıda yox, Lənkəranda üz-üzə gəldilər. Orada 1:1 hesabı qeydə alındı. Poznanda isə Aleksandr Tonevin yeganə qolu ilə minimal hesablı qələbə qazandıq və növbəti mərhələyə yüksəldik.

Beləliklə, Poznanda olan dörd oyunda üç qələbə və bir heç-heçə qeydə alınıb. Daha bir vacib məqam “Lex” həmişə Azərbaycan klubları ilə cavab oyunlarını doğma azarkeşlər önündə keçirib. Bu dəfə isə ilk duel Poznanda, cavab oyunu isə Tofiq Bəhramov stadionunda olacaq.

Bənzər xəbərlər