featured-image-7328

Sabah “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində səfərdə “Lex Poznan”la qarşılaşacaq.

Msport.az xəbər verir ki, 2017-2019-cu illərdə Ağdam klubunun heyətində çıxış etmiş Yakub Jezniçak Polşa mətbuatına açıqlamasında qarşıdakı oyun haqqında danışıb:

“Lex” bu mərhələdə ən güclü rəqiblə düşdü. Fikirləşirəm ki, püşk sarıdan bəxtləri gətirmədi, daha münasib rəqib düşə bilərdi. Artıq birinci mərhələdə “Lex”i çox çətin səfər gözləyir. Amma əgər Poznan klubu Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının qrupuna düşmək istəyirsə, “Qarabağ” kimi rəqibdən qorxmamalıdır”.

Hazırda “Visla Plotsk” klubunun formasını geyinən Jezniçak keçmiş komandası barədə də məlumat verib: “Qurban Qurbanov artıq 14 ildir ki, komandanın baş məşqçisidir. Ümumiyyətlə, klubda stabillik var. Baş menecer Asif Əsgərov da uzun müddətdir ki, “Qarabağ”da işləyir”.

“Qarabağ”ın sabiq müdafiəçisi komandanın transferləri barədə də fikirlərini bildirib: “Kadi Borges çox önəmli futbolçudur. Ötən mövsüm həmçinin, hücumçu İbrahima Vadji heyətə cəlb olunmuşdu. Bu yaxınlarda isə Monteneqro millisinin üzvü Marko Yankoviçi transfer etdilər.”

Xatırladaq ki, “Lex” – “Qarabağ” matçı iyulun 5-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

 

 

Bənzər xəbərlər