"Lex"in Bakıda başına gələn qeyri-adi hadisə
Polşanın sport.interia.pl saytının əməkdaşı Radoslav Navsrot “Qarabağ” – “Lex” oyunu ilə bağlı maraqlı yazı qələmə alıb. Msport.az xəbər verir ki, o, Poznan klubunun vaxtilə Bakıda keçirdiyi görüşləri xatırlayıb. “Lex” azarkeşləri bir hərəkətlə Azərbaycanı necə şoka saldılar, etirazlar var idi” başlıqlı yazıda deyilir:
“Bakıdakı Tofiq Bəhramov adına stadionun tribunalarında hərəkətlilik var idi. Mətbuat tribunasında oturan jurnalistlər də “Lex” azarkeşləri niyə belə edir” suallarını verməyə başladılar. Mən soruşdum ki, “axı onlar nə edir”. Mənə cavab verirlər ki, “niyə onlar millətin qarşısında formalarını çıxardılar? Axı bu bizim mənəviyyata təhqirdir”.
Bu səhnə 17 iyul 2008-ci ildə “Lex” ilk dəfə Azərbaycan təmsilçisi ilə bu köhnə idman arenasında görüşəndə baş vermişdi. Onda bu rəqib “Xəzər Lənkəran” idi. Françişek Şmuda Poznan klubunun baş məşqçisi kimi kubok macərasına başlayırdı. Nəticədə, o, iki il ərzində “Lex” futbolçularını xeyli qələbələrə daşıdı.
Hər şey “Xəzər Lənkəran”la başladı. Robert Levandovskinin qolundan sonra “Lex” 1:0 hesabı ilə qələbə qazandı. Bu oyun həm də poznanlıların indiyə qədər avrokuboklarda keçirdiyi oyunlar içərisində ən qeyri-adi lətifələrdən biri kimi yadda qalmış qalmaqalla başladı.
Onda Bakıya “Lex”in böyük sayda azarkeş qrupu gəlmişdi. Həmin vaxtlar azarkeşləri klubun təyyarəsində gətirmək adi hal idi. Onlar da rahat şəkildə çarterlə Azərbaycana uçmuşdular. İndi vəziyyət fərqlidir: komandalar səfərə gedərkən təyyarədə başqa adamların olmasını istəmirlər.
Bu azarkeş qrupu Lex”ə Tofiq Bəhramov stadionunda böyük dəstək oldu. Həmin vaxt Lənkəranda oynaya bilməyən “Xəzər Lənkəran” klubunun rəhbərliyi azarkeşlərin az olacağından qorxaraq qapını açıb biletsiz olanları da içəri buraxdı.
“Lex” azarkeşlərinin alqışları möhtəşəm olsa da, tezliklə qalmaqala çevrildi. Bu istiyə görə və emosiyalar daşdıqdan sonra onların formalarını çıxarması ilə baş verdi. Həmin vaxt Bəhramov stadionunda güclü səs-küy qopdu. Əvvəl biz bilmədik bu nə ilə bağlıdır, amma sonradan azərbaycanlı jurnalistlər mənim başımın üstünü kəsdirib soruşmağa başladılar ki, “Lex” azarkeşləri niyə formalarını çıxartdılar”? “Nə olub ki? Heç nə başa düşmədən soruşdum. Niyə onlar cammatın qabağında formaları çıxardılar? – cavab gəldi.
Mən izah etməyə başladım ki, əvvəla temperatur 35 dərəcə istidir. İkincisi də, polşalı azarkeşlər tez-tez belə edirlər, bütün dünyanın diqqətini cəlb etmək üçün. Göstərirlər ki, onların necə bədən quruluşu var və ya necə rəqib azarkeşlər üçün qorxuludurlar.
Lakin məlum oldu ki, Azərbaycanda bu, sadəcə tərli bədənin təqdimatı deyil. Bu mentalitetə qarşı təhqirdir. Burada ictimai yerlərdə belə hərəkət etmək qadağandır, həm kişilərə həm də qadınlara. Bunun qadınların ictimai yerdə soyunmalarından heç bir fərqi yoxdur. Bunu üçün cərimələr var. “Burada uşaqlı ailələr var və onlar belə iyrənc şey görmək istəmirlər” – yanımda oturan bir azərbaycanlı başa saldı.
İndiki Bakı 2008-dən çox fərqlənir, daha çox turist var. “Lex” azarkeşləri müxtəlif yollarla gedirlər. Lakin bu il Azərbaycana səfər heç də ucuz və rahat olmayacaq. Müharibə Rusiya və Ukraynadan yolları bağlayıb. Daha çox İstanbuldan Bakıya gəlirlər. Məlum deyil, Bakıya nə qədər “Lex” azarkeşi gələcək, amma o dəqiqdir ki, 2008-dən az olacaq. Peyvəndləri olmayanların səfəri baş tutmur, çünki Azərbaycan bunu tələb edir.
Şəhərdə temperatur 37 dərəcədir, ancaq oyun saatında 30-a düşəcəyi gözlənilir. Bu o deməkdir ki, formalar əyinlərdə qala bilər.
TƏRCÜMƏ ETDİ AYXAN