featured-image-7233

Polşa mətbuatı “Lex”in Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a qarşı mümkün heyətini müəyyənləşdirməyə çalışır. Msport.az xəbər verir ki, həmkarlarımız güman edir ki, start heyətində yeganə debütant ukraynalı qapıçı Artur Rudko olacaq.

Müdafiədə Bartoş Salamon hələ bərpa dövrü keçdiyindən onun yerini slovakiyalı Lyübomir Satka tutacaq. Digər 3 mövqedə ötən mövsüm oynamış futbolçular  – portuqaliyalı Joel Pereyra və Pedro Reboço və xorvatiyalı Antonio Miliç çıxış edəcək. Sonuncu “Yagelloniya” ilə yoxlama matçında dubl etmişdi.

Baş məşqçi Con van den Brom yəqin ki, yeni transfer portuqaliyalı Afonso Souzanı ilk dəqiqələrdən oynatmayacaq. Bu o deməkdir ki, ötən mövsümün bir çox oyunlarında olduğu kimi meydanının mərkəzində Radoslav Muravski isveçli Yasper Karlstremlə duet təşkil edəcək. Muravski start heyətində meydana çıxacağı gözlənilən 2 polşalı futbolçudan biridir.

“Lex”in ən böyük problemləri cinahlarla bağlıdır. Yakub Kaminski “Volfsburq”a transfer olundu, Damian Kondzior hələ də əsas heyətdə möhkəmlənə bilməyib. Georgi Çitiaşvili komandaya yeni qoşulub, Kristofer Velde isə hələ də öz potensialını göstərə bilməyib. Belə qənaətə gəlmək olar ki, cinahların birində Adriel Ba Lua, digərində isə Mixal Krıstal oynayacaq.

İsveçli forvard Mikael İshak şübhəsiz ki, hücumun sivri ucunda yer alacaq.

“Lex”in “Qarabağ”la oyun üçün gözlənilən heyəti:

Artur Rudko – Coel Pereyra, Lyübomir Satka, Antonio Miliç, Pedro Reboço – Adriel Ba Lua, Yesper Karlstrem, Radoslav Muravski, Joao Amaral, Mixal Seleş – Mikael İshak.

Bənzər xəbərlər