“Lids”dən ayrıldı, Premyer Liqa nəhənginə keçir
“Mançester Yunayted” “Lids” və “Nyukasl”ın keçmiş qapıçısı Karl Darlou ilə müqavilə imzalamağa razılıq verib.
Msport.az xəbər verir ki, 35 yaşlı qapıçı 1 iyul tarixindən etibarən azad agentdir.
Əmək müqaviləsinin imzalanması 10 iyul cümə günü baş tutacaq. Qapıçı Altay Bayındırın “qırmızı şeytanlar”dan ayrılacağı gözlənilir.
Darlounun son klubu 2023-cü ilin yayından bəri oynadığı “Lids” olub. Bu müddət ərzində 35 yaşlı qapıçı bütün yarışlarda 38 oyunda meydana çıxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.







