featured-image-84476

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister klubun rəhbərliyində baş verən dəyişikliklərdən sonra yeni müqavilə imzalamaq şansının yarana biləcəyini bildirib.

Msport.az xəbər verir ki, argentinalı futbolçu karyerasını İngiltərə təmsilçisində davam etdirmək istədiyini açıqlayıb.

Makallister klubun əvvəlki mövqeyinə baxmayaraq, gələcəyi ilə bağlı bütün variantların açıq olduğunu deyib: “Düşünürəm ki, hazırda hər şeyin mümkün olduğu vəziyyətdəyəm. Gələcəkdə nə baş verəcəyini görəcəyik. Həmişə burada çox xoşbəxt olduğumu və oynamaqdan zövq aldığımı demişəm”.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçinin “Liverpul”la hazırkı müqaviləsi 2028-ci ildə başa çatır.

Bənzər xəbərlər