“Liverpul”da yeni müdafiəçi - RƏSMİ
“Liverpul” “Renn”də çıxış edən Jeremi Jakeni heyətinə qatdığını açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.
20 yaşlı mərkəz müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Jeremi Jake Fransanın aşağı yaş qruplarından ibarət millilərində çıxış edib.







