"Liverpul" Fransa millisinin hücumçusunu transfer etdi - RƏSMİ
“Liverpul” PSJ-nin hücumçusu Bredli Barkolanı transfer edib.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mersisayd təmsilçisi Paris klubuna 125 milyon avro+bonus ödəyəcək. Bonusun məbləği 29 milyon avroya kimi arta bilər.
Fransa millisinin üzvü ötən mövsüm 49 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə verib.
Onun müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.







