featured-image-82755

“Arsenal” “Liverpul”un gənc hücumçusu Vinsent Cozefi transfer edib.

Msport.az xəbər verir ki, 16 yaşlı futbolçu London klubunun 2026/27 mövsümü üçün birinci il təqaüd proqramına qoşulub.

Cozef yayda “Liverpul”un təklif etdiyi təqaüd müqaviləsini qəbul etməyib və “Arsenal”a keçmək qərarına gəlib.

Gənc hücumçu “Liverpul” akademiyasında doqquz il keçirib. O, ötən mövsüm klubun U-18 komandasında ilk iki oyununda üç qol vurub. Cozef martda U-18 səviyyəsində debüt görüşündə “Sanderlend”in qapısına da yol tapıb.

Futbolçu İngiltərənin U-16 millisində də yüksək məhsuldarlığı ilə seçilib. Cozef bu komandada doqquz qarşılaşmada səkkiz qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, 16 yaşlı hücumçu ilə “Mançester Yunayted” və “Çelsi” də maraqlanıb, lakin futbolçu karyerasını “Arsenal”da davam etdirməyi seçib.

Bənzər xəbərlər