featured-image-80238

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes mövsümün startına qədər yaşıl meydanlara qayıda bilər.

Msport.az xəbər verir ki, ayağından əməliyyat olunan futbolçunun bərpa prosesi uğurla davam edir.

Kataloniya klubu Lopesin La Liqanın yeni mövsümünün ilk turunda meydana çıxa biləcəyinə inanır. 23 yaşlı yarımmüdafiəçi ayağının beşinci daraq sümüyünün sınığı səbəbindən FIFA dünya çempionatında iştirak edə bilməyib.

Lopes zədəni “Barselona”nın “Betis” üzərində qələbə qazandığı La Liqa matçında alıb və mayda əməliyyat olunub.

Qeyd edək ki, yarımmüdafiəçi bu yaxınlarda “Barselona” ilə 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Bənzər xəbərlər