featured-image-19718

“Zenit”in xorvatiyalı müdafiəçisi Deyan Lovren karyerasını Fransada davam etdirə bilər.

Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Lion” 33 yaşlı futbolçunun xidmətlərində maraqlıdır.

Fransa təmsilçisi xorvatiyalı oyunçuya görə, 2 milyon avro ödəyə bilər. “Lion” rəhbərliyi Lovreni keçid üçün razı salıb. Onun tibbi müayinədən keçdiyi deyilir. Transfer yaxın günlərdə reallaşa bilər.

Lovrenin “Zenit”lə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Xatırladaq ki, xorvatiyalı müdafiəçi 2020-ci ildə “Liverpu”dan Sankt Peterburq təmsilçisinə keçib.

 

Bənzər xəbərlər