featured-image-12136

“Nasional” klubunun hücumçusu Luis Suares Uruqvay çempionatında möhtəşəm qol vurub.

Msport.az xəbər verir ki, “Liverpul”, “Barselona”, “Atletiko” kimi klublarda oynamış məşhur forvard “Penyarol”la oyunda fərqlənib – 3:1.

35 yaşlı futbolçu 52-ci dəqiqədə komanda yoldaşından ötürmə alaraq topu bir toxunuşla uzaq küncə vurub.

Qeyd edək ki, Suares yetirməsi olduğu “Nasional”a 2022-ci ilin iylunda qayıdıb. O, bu mövsüm 7 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər