featured-image-81584

Xorvatiya millisinin lideri Luka Modriçin 13 yaşlı qızı Ema “Real”ın Akademiyasında futbola başlayıb.

Msport.az xəbər verir ki, Ema daha əvvəl “Milan”ın U-13 komandasında çıxış edib. Onun komandası bu ilin yazında Turində keçirilən “Coppa Garino” turnirində qalib gəlib.

Modriç ailəsi İtaliyaya köçməzdən əvvəl qız “Milan”ın aşağı yaş qruplaında məşq edib. Lakin həmin vaxt İtaliya klubunda müvafiq yaş qrupunda qız komandası olmadığı üçün o bir müddət kənarda qalıb.

40 yaşlı Luka Modriç 2012-2024-ci illərdə “Real”ın şərəfini qoruyub. O, daha sonra “Milan”a keçib.

Bənzər xəbərlər