featured-image-1423

Millimizin üzvü Mahir Emreli  “Dinamo Zaqreb”də ardıcıl ikinci oyunda fərqlənib.

Msport.az xəbər verir ki, həmyerlimizin komandası Xorvatiya çempionatının 31-ci turunda  “İstra”nı qəbul edib.

İlk dəfə start heyətində meydana çıxan Mahir 72-ci dəqiqədə əvəzlənib. O, 50-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. 25 yaşlı hücumçu son turda da rəqib qapısına yol tapmışdı.

Digərlərindən 1 oyun az keçirən “Dinamo” turnir cədvəlində 66 xalla liderdir. “İstra” isə 26 xalla 8-cidir.

Xorvatiya çempionatı, 31-ci tur

“Dinamo” (Zaqreb) – “İstra” – 3:0 

Qollar: Orsiç, 8, 45+1, Emreli, 50

 

Bənzər xəbərlər