Mahir Emreli Çempionlar Liqasında qol vurdu - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Dinamo”da növbəti qolunu vurub.
Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu Qazaxıstanda “Astana”ya qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda fərqlənib.
Forvard davam edən oyunun 24-cü dəqiqəsində hesabı açıb.







