featured-image-24506

Milli komandamızın üzvü Mahir Emreli dünən Türkiyə Super Liqasında “Konyaspor”un heyətində debüt etdi. 26 yaşlı futbolçu “Giresunspor”la oyunda start heyətində meydana çıxsa da, 58-ci dəqiqədə əvəzləndi.

Həmyerilimizin debütü azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Mahir haqqında müsbət fikirlər yazanlar da var, onun hələ hazır olmadığını deyənlər də.

Msport.az fanatların “tvitter”də paylaşdığı fikirləri təqdim edir:

“Konyaspor” adlı nik: “Mahir Emreli və Marlos Morenoyu bəyəndim. Alexandro Pozuelo da iki həftəyə daha yaxşı olar”.

“CK10”: “Mahir Emreli və Pozuelo CV-si dolu isimlər və uzun müddət xeyirləri dəyəcək”.

Şahin Akceran: “Konyaspor”da məşqçi Mahir Emrelini çıxararaq qol vurma ümidini də buraxmadı. Fəal olan Moreno da davam etməli idi”.

Yunus Ağırbaş: “Konyaspor” ilk yarıda topa sahib olan tərəf olsa da, realizasiya yetərli deyildi. Mahir Emrelinin hələ hazır olmadığını gördük. Muhemmed də elə idi.  İlk dəfə bir yerdə oynadıqlarını da deyək”.

Memiş Sarıkır: “Mahir Emreli, Moreno və Buxalakis xoşuma gəldi. Uğurlar komanda”!

İsmail Serin: “Mahir Emreli şu an için fiasko”

AYXAN 

Bənzər xəbərlər