featured-image-1224

Xorvatiya çempionatında 30-cu turun oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su səfərdə “Riyeka” ilə qarşılaşıb.

57-ci dəqiqədə meydana daxil Mahir komandasını məğlubiyyətdən xilas edən futbolçu olub. 79-cu dəqiqədə fərqlənən həmyerlimiz Zaqreb klubunda ilk qolunu vurub və hesabı bərabərləşdirib. Qonaqlara qələbə gətirən qolu isə 85-ci dəqiqədə Ademi vurub – 1:2.

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran “Dinamo” turnir cədvəlinə başçılıq edir.

 

Bənzər xəbərlər