featured-image-15879

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən əsas heyətə qayıdır.

Msport.az xəbər verir ki, 25 yaşlı hücumçu oktyabrın 29-da “Osyek”ə qarşı keçirəcəkləri I Liqanın XV tur matçına ilk dəqiqələrdən başlaya bilər.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İngiltərə “Çelsi”si, ölkə çempionatında isə “Hayduk”la vacib görüşləri nəzərə alan baş Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç heyətdə bəzi rotasiyalar edəcək. Bu mənada, 69 yaşlı mütəxəssisin “Osyek”lə qarşılaşmada Emreliyə şans verəcəyi gözlənilir.

Qeyd edək ki, “Çelsi” – “Dinamo” oyunu noyabrın 3-də keçiriləcək. Xorvatiya təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalıdır.

Bənzər xəbərlər