featured-image-2840

Xorvatiya mətbuatı Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazıb.

Msport.az xəbər verir ki, “Sportske” nəşrində dərc olunan yazıda 26 yaşlı futbolçunun hazırda yaxşı formada olduğu qeyd olunub.

Həmçinin, onun hücumun önündə oynayanda komandaya daha faydalı olduğu vurğulanıb:

“Mahir Emreli son zamanlar ilk 11-liyin əvəzolunmaz üzvüdür. Bəzi oyunlarda həm də hücumun sivri ucunda oynayıb və qol vurub. Onun qol imkanları bəlkə də hamıdan çox olur. Mahir “Dinamo”ya gələndə deyilirdi ki, cinah onun əsas mövqeyidir. Amma 9 nömrə kimi də oynamağı bilir. Oyunu buna uyğun gəlir. O, “Legiya”nın heyətində Polşa çempionatında və Avroliqada qolunu ən çox sırf hücumçu kimi oynayanda vurub. “Dinamo”da o, yalnız 3-5-2 sistemi ilə Kopiçin rəhbərliyi altında “İstra” ilə qarşılaşmada bu mövqedə olub. Orşiçlə bərabər öndə oynayıblar və həmin oyunda qol vurub. Dəqiqdir ki, Emreli hazırda Petkoviç və Andriçdən daha yaxşı formadadır”.

Xatırladaq ki, Emreli bu mövsüm Xorvatiya çempionatında 8 oyuna 2 qol vurub.

Bənzər xəbərlər