Mahir Emreli Qazaxıstana yollanır
“Dinamo”nun baş məşqçisi İqor Bişçan Qazaxıstanda “Astana”ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün heyəti müəyyənləşdirib.
Msport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Astanaya aparacağı 24 nəfərlik siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə də yer verib.
26 yaşlı forvard Xorvatiya çempionatının son turunun “İstra” ilə oyununda (3:0) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Dinamo” evdəki ilk matçda “Astana”nı darmadağın edib – 4:0.







