featured-image-26712

“Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVII turunda”Ümraniyespor”la səfər oyununa tam hazırdı.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu qarşılaşma üçün iştirak ərizəsində yer alacaq. Baş məşqçisi Aleksander Stoyanoviç şans verəcəyi halda, təcrübəli forvard ilk dəqiqələrdən meydana çıxacaq.

“Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldikləri XXVI tur görüşündə zədələnən Emreli Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oynadığı qarşılaşmaları buraxıb.

Qeyd edək ki, “Umraniyespor” – “Konyaspor” oyunu aprelin 2-də keçiriləcək.

Cahid

Bənzər xəbərlər